ARDNŞ: «Star» neft emalı zavodunun tikintisi ilə bağlı mübahisəli məsələ həllini tapır

ARDNŞ: «Star» neft emalı zavodunun tikintisi ilə bağlı mübahisəli məsələ həllini tapır
# 17 mart 2014 13:52 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, bu məsələnin həlli ilə bağlı Türkiyənin dövlət başçısı tərəfindən qanun da imzalanıb: «Əliağa yarımadasındakı «Buhar Energy» şirkətinə yerin təkindən istifadə edilməsi ilə bağlı lisenziya verilib. Ancaq bu şirkətə lisenziya verilmədən öncə «Petkim» şirkətinin yerin üzündə fəaliyyət göstərməsi ilə bağlı icazəsi var».

ARDNŞ rəsmisi bildirib ki, həmin ərazi neft emalı zavoduna verilib. «Buhar Energy» isə məsələ ilə bağlı məhkəməyə üz tutub. Məsələnin həlli ilə artıq Türkiyənin ölkə başçısı tərəfindən qanun da imzalanıb. Qanunun əsas mahiyyəti dövlət əhəmiyyətli layihələrdə mübahisəli məsələlərin dövlət tərəfindən daha önəmli olanının xeyrinə həll olunması ilə bağlıdır. Təbii ki, «Star» neft emalı zavodunun tikintisi Türkiyə üçün gələcəyi bəlli olmayan şirkətdən daha vacibdir. Artıq bu məsələ öz həllini tapmaq üzrədir».

S.Qasımov həmçinin qeyd edib ki, «Star» neft emalı zavodunun tikintisi yekunlaşmaq mərhələsindədir: «Petkim yarımadasının ərazisində yerləşən «Star» zavodunun tikintisi ilə bağlı uzun müddətdir işlər gedir. Bu proses artıq deyə bilərəm ki, yekunlaşmaq mərhələsindədir. Yaxın günlərdə banklarla və digər tərəflərlə maliyyə toplanışı istiqamətində işlərimizi yekunlaşdırırıq. Həm kommersiya bankları ilə, həm ixrac bankları, həmçinin də digər maraqlı tərəflərlə maliyyə toplanışı istiqamətində işlərimizi yekunlaşdırmaq niyyətindəyik».

S.Qasımov deyib ki, digər hər hansı bir səbəbdən kənarlaşma və çatışmazlıq gözlənilərsə, bunun qarşısını almaq üçün artıq banklarla sıx əlaqə qurulur: «Banklar tərəfindən bizə verilən iştirak məktublarının vaxtlarının uzadılması istiqamətində danışıqlara başlanılacaq. Bu, böyük bir prosesdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR