İndoneziyada 5 bal gücündə zəlzələ olub

İndoneziyada 5 bal gücündə zəlzələ olub
# 12 sentyabr 2013 03:43 (UTC +04:00)

Bakı-APA. İndoneziyada Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin şərqində yerləşən Papua əyalətində qeydə alınıb.

Zəlzələnin episentri Sarmi şəhərindən 57 kilometr şimal-şərqdə olub.

İnsan tələfatı və dağıntı barədə məlumat hələlik verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR