Ketrin Eşton İrana səfər edəcək

Ketrin Eşton İrana səfər edəcək
# 14 yanvar 2014 09:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İrana səfər edəcək. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, hazırda Küveytdə səfərdə olan Ketrin Eşton jurnalistlərə açıqlamasında İrana səfərə dəvət edilməsini alqışlayıb: “Mənim bu səfəri gələn həftə gerçəkləşdirmək niyyətim var”.

Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı yanvarın 12-də keçirdiyi mətbuat konfransında K. Eştonun Tehrana səfərə dəvət edildiyini açıqlayıb. Diplomatik mənbələr isə İranla “altılıq” ölkələri arasında nüvə sahəsində yekun razılaşmanın əldə olunması üçün müzakirələrin fevral ayında başlayacağını açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR