Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib
# 16 yanvar 2014 07:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 16 482 bəndədək, S&P 500 0,6% - 1 848 bəndədək, Nasdaq 0,8% - 4 215 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Dünya Bankının dünya iqtisadiyyatı üzrə proqnozu təsir edib. Belə ki, Dünya Bankının proqnozuna görə, 2014-cü ildə iqtisadi artım 3,2%, 2015-ci ildə 3,4% təşkil edəcək.

Avropa fond bazarlarında yanvarın 15-də FTSE 100 indeksi 0,8% - 6 820 bəndədək, Almaniya DAX-ı 2,0% - 9 734 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 4 332 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 241,20 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3620 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR