Avropanın ən iri bio-yanacaq istehsalçısı Azərbaycan bazarı ilə maraqlanır

Avropanın ən iri bio-yanacaq istehsalçısı Azərbaycan bazarı ilə maraqlanır
# 06 fevral 2014 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov İspaniyanın «Abeinsa» şirkətinin MDB ölkələri üzrə biznesin inkişafı direktoru Joaquin Gomezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən əməkdaşlıq imkanları müzakirə edilib.

Bildirilib ki, «Abeinsa» şirkəti İspaniyanın «Abengoa» Şirkətlər Qrupunun mühəndislik-tikinti bölməsidir və şirkət günəş enerjisi, bio-yanacaq, sənaye mühəndisliyi və digər sahələr üzrə ixtisaslaşıb. Şirkət 70-dən çox ölkədə fəaliyyət göstərir, Avropada ən böyük, ABŞ-da isə 5-ci bio-yanacaq istehsalçısıdır.

N.Abbasov Azərbaycanda həyata keçirilən enerji layihələri barədə geniş məlumatlar verərək qarşı tərəfi maraqlandıran bir sıra sualları cavablandırıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR