Bakıda yük maşını minik avtomobili ilə toqquşub - FOTO - VİDEO

Bakıda yük maşını minik avtomobili ilə toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 aprel 2014 04:24 (UTC +04:00)

APA-nın məlumatına görə, sürücü Cəsarət Şahbalayev idarə etdiyi "Howo" markalı yük avtomobili Akim Abbasov küçəsində hərəkətdə olarkən “Hyundai” markalı avtomobil onu sağdan ötmək istəyib. Bu zaman idarə etməni itirən yük maşının sürücüsü “Hyundai”ya çırpılıb.

Baş verən qəzada xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Aparılan ilkin araşdırmalardan sonra yararsız hala düşən "Hyundai" markalı maşın hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR