Oqtay Əsədov: “Təəssüflər olsun ki, dünyada ikili, hətta üçlü standartlar mövcuddur” - VİDEO

Oqtay Əsədov: “Təəssüflər olsun ki, dünyada ikili, hətta üçlü standartlar mövcuddur” - <span style="color: red;">VİDEO
# 04 iyun 2014 19:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Moskvada Rusiya və Azərbaycan parlamentləri spikerlərinin görüşündə Ukrayna böhranı barədə də danışılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federasiya Şurası sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisnin sədri Oqtay Əsədovla görüşündə Rusiyanın Ukraynada sülhün bərqərar olmasının tərəfdarı olduğunu bildirib: "Ukrayna bizim qardaş ölkəmizdir. Bu ölkədə növbəti rəngli inqilab keçirilməsi cəhdi böhrana səbəb oldu. Ölkədə silahlı hərbi çevriliş oldu və siyasi böhran yaşandı. Biz Ukraynda siyasi böhranının diplomatik danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq. Dəfələrlə Kiyev hakimiyyətinə ölkənin cənub-şərq regionlarında yaşayan insanlarla dialoq aparmağa çağırmışıq. Ümid edirdik ki, Ukraynada keçirilən prezident seçkisindən sonra ölkənin cənub-şərq regionlarında yaşayan insanlarla bir masa arxasına oturacaq. Lakin bunun əksini gördük. Kiyev hakimiyyəti silahlı müdaxiləni daha da gücləndirdi. Bu yolla Ukrayna problemini həll etmək mümkün deyil, əksinə bu böhranın eskalasiyasına gətirib çıxaracaq".

Valentina Matviyenko bildirib ki, Rusiya bir daha Ukraynın cənub-şərqində hərbi əməliyyatların dərhal dayandırılmasını, Kiyev hakimiyyətinin yerli əhali ilə danışıqlar masasına oturmağını təklif edir: "Bu prosesdə bütün siyasi qüvvələr iştirak etməlidir. Bununla yanaşı biz Ukrayna xalqının seçiminə hörmətlə yanaşırıq. Biz Ukrayna hakimiyyəti ilə dialoqa hazırıq. Rusiya Ukrayna böhranının həllində vasitəçi olmağa hazırdır".

Rusiya Federasiya Şurasının sədri Avropa Şurası Parlament Assambleyasında Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı qətnamənin qəbulunu böyük səhv adlandırıb: "Biz hesab edirik ki, AŞPA kimi qurumlar dialoq aparılması üçün məkan olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ikili standart nümayiş etdiridiyini söyləyib: "Artıq 22 ildir ki, problem mövcuddur. Azərbaycan da Qərb ölkələrinin ikili standartları ilə üzləşib. Biz başa düşürük ki, yeganə çıxış yolu dilaoqdur. Ona görə də AŞPA-da Rusiya əleyhinə qətnamə qəbul olunan zaman Azərbaycan nümayəndə heyəti bunun əleyhinə çıxdı. Biz əminik ki, Rusiya-Ukrayna münasibətləri normallaşacaq. Çünki Rusiya-Ukrayna qardaş ölkələrdir. Təəssüflər olsun ki, dünyada ikili, hətta deyərdim ki, üçlü standartlar mövcudur. Biz bunu başa düşürük. Bu gün biz özümüz də beynəlxalq hüquqa hörmət edilməməsinin şahidi oluruq. Ümid edirik ki, yaxın zamanlarda Ukraynda qanlı müharibə sona çatacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR