İyunun əvvəlində Azərbaycanda Belarus mədəniyyəti günləri keçiriləcək

İyunun əvvəlində Azərbaycanda Belarus mədəniyyəti günləri keçiriləcək
# 24 may 2013 20:40 (UTC +04:00)

Bakı-APA. Bu il iyunun 4-dən 7-dək Azərbaycanda Belarus Respublikasının mədəniyyət günləri keçiriləcək. Tədbir iki dövlət arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr olunur. Bu barədə APA Belarus Respublikasının Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Mədəniyyət günlərinin proqramında Belarus incəsənət ustalarının çıxışı, fotosərgi, Belarus bədii filmlərinin nümayişi nəzərdə tutulub.

Yaradıcı nümayəndə heyətinin tərkibində Belarus Respublikası prezidentinin İstedadlı gənclərə dəstək üzrə xüsusi fondunun təqaüdçüsü, estrada müğənnisi Günəş Abbasova, Belarusun “Svyata” Dövlət Xalq Musiqi Ansamblı, bir çox nüfuzlu beynəlxalq müsabiqələrin laureatı bayançı Vladislav Pliqovka, digər tanınmış ifaçılar var.

Belarus artistlərinin Bakıda, Mərdəkanda və Xaçmazda çıxışları planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR