Azərbaycanın xalis maliyyə aktivləri 8,8 mlrd. dollara çatıb

Azərbaycanın xalis maliyyə aktivləri 8,8 mlrd. dollara çatıb
# 16 dekabr 2013 07:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında ölkənin xalis maliyyə aktivləri 8,759 mlrd. ABŞ dolları təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (775,0 mln. dollar), portfel investisiyaları (244,7 mln. dollar) və digər investisiyalar (7 739,4 mln. dollar) hesabına formalaşıb.

(mln. dollar)

Aktivlər

Öhdəliklər

Birbaşa investisiyalar

775,0

1 968,6

- neft-qaz sektoru

408,8

1 303,0

- digər sektorlar

366,2

665,6

Portfel investisiyaları

244,7

1 034,2

Digər investisiyalar

7 739,4

701,3

- ticarət kreditləri və avanslar

4 380,4

106,3

- kreditlər və ssudalar

91,4

-87,8

- depozitlər və nağd valyuta

3 267,6

682,8

Neft bonusu

0,0

0,4

CƏMİ

8 759,1

3 704,5

Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,6 mlrd. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83,1% təşkil edib. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələrinin, əsasən «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri üzrə görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub. Qiymətləndirməyə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi həcmi 780,8 mln. dollar olub. Bu da ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcminin 16,9%-ni təşkil edir.

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 91,4 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 87,8 mln. dollar azalıb. Xalis maliyyə öhdəlikləri birbaşa dövlət və dövlət təminatlı kreditlər hesabına 179,1 mln. dollar, banklar hesabına 301,6 mln. dollar artdığı halda, digər müəssisələr və firmalar hesabına 568,4 mln. dollar azalıb.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 3,3 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 682,8 mln. dollar artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR