Bərdə rayonunda yanğın olub

Bərdə rayonunda yanğın olub
# 21 oktyabr 2013 20:20 (UTC +04:00)

Bakı-APA. Bərdə rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 17 km aralıda yerləşən Cicimli kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı 16 ton ot bağlamasının 6 tonu yanıb.

Köməkçi tikilinin qalan hissəsi və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR