Nazir Hüseyn Bağırov İsmayıllıda 60-dan çox vətəndaşı qəbul edib - FOTO

Nazir Hüseyn Bağırov İsmayıllıda 60-dan çox vətəndaşı qəbul edib - <span style="color: red;">FOTO
# 30 may 2014 09:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşlarla görüşüb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 60-dan çox vətəndaşın şikayət və təklifləri diqqətlə dinlənilib, müraciətlərinə baxılıb.

Hər bir vətəndaşın müraciətinin obyektiv və ədalətli şəkildə araşdırılaraq onların həlli yönündə zəruri addımların atılacağı bildirilib, vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Ekoloji qanun pozuntularına qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması məqsədilə digər müraciətlərə obyektiv baxılması, həmçinin müraciətlərin operativ həlli ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR