Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti bəzi qərarlarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi rabitə xidməti işçilərinin rəsmi xüsusi geyim forması və poqon gəzdirmələrinə icazə verilməsi haqqında” qərarının adı müvafiq qaydada dəyişdirilib.
Dəyişikliyə əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabeliyində olan xüsusi rabitə xidməti işçilərinin və rabitə obyektlərinin mühafizəsi funksiyalarını yerinə yetirən qurumunun işçilərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etmək tapşırılıb.
Eyni zamanda Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi qərara da dəyişiklik edilib. Dəyişikliyə əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabineti Fövqəladə Komissiyasının tərkibinə daxil edilib.
Əli Abbasov Nazirlər Kabineti Fövqəladə Komissiyasına daxil edilib
22 iyun 2014 08:12 (UTC +04:00)
İnfrastruktur
Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması üçün Azərbaycan dəmir yolu xəttinin yenidən qurulmasına başlayıb
17:42
8 may 2024
Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:10
8 may 2024
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:04
8 may 2024
Əlverişli yerləşmədə mənzil axtaranlara şad xəbər! - FOTO
11:47
8 may 2024