Ermənistan XİN rəhbərinin müavini: “Ermənistan Assosiasiya haqqında müqavilənin imzalanmasına hazırdır”

Ermənistan XİN rəhbərinin müavini: “Ermənistan Assosiasiya haqqında müqavilənin imzalanmasına hazırdır”
# 06 sentyabr 2013 04:59 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrın 5-də Ermənistan hökumətinin iclasından sonra bu ölkənin XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.

Onun sözlərinə görə, Ermənistan Assosiasiya haqqında müqavilənin paraflanmasına hazırdır: “Bu müqavilə üzrə Avropa ilə böyük iş aparılıb. Deməzdim ki, Avropa tərəfi üçün bu gözlənilməz oldu. Bizim avropalı tərəfdaşlarımız belə nəticənin olacağını hələ Moskvaya gəlməzdən öncə bilirdilər. Yeni şəraitdə artıq yeni müzakirələr gərəkdir. Avropa ilə bizim əməkdaşlığımız olub və biz onu davam edəcəyik. Fərqi isə onda olacaq ki, dərin və hərtərəfli sərbəst ticarət haqqında razılaşma Gömrük İttifaqı ilə bir araya sığmayacaq. Qalan proqramlar üzrə əməkdaşlığı biz davam etdirməyə hazırıq”, deyə Ermənistan XİN rəhbərinin müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR