Lənkəranda yanğın təhlükəsizliyinə dair regional seminar-müşavirə keçirilib - VİDEO

Lənkəranda yanğın təhlükəsizliyinə dair regional seminar-müşavirə keçirilib - <span style="color: red;">VİDEO
# 17 dekabr 2013 16:23 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYMX) Lənkəran şəhərində “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədi daşıyan tədbirdə ticarət müəssisələrinin, bazar və anbarların yanğın təhlükəsizliyi vəziyyəti ətraflı müzakirə olunmaqla yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Seminar-müşavirədə ticarət müəssisələrində ərazinin, bina və otaqların saxlanılması və elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismar zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ticarət müəssisələri, o cümlədən baza və anbarlarda ilkin yanğınsöndürmə vasitələrinin normaları haqqında ətraflı söhbət açılıb və müvafiq maarifləndirmə işləri aparılıb.

Müşavirədə həmçinin ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyinə toxunularaq bildirilib ki, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır.

Tədbirin sonunda ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı video-stend nümayiş etdirilib, həmçinin DYNX tərəfindən hazırlanmış eyni adlı yaddaş kitabçası metodik vəsait kimi yerlərdə yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün ticarət müəssisələrinin nümayəndələrinə paylanıb, eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR