«PAŞA Həyat» sığorta şirkəti istehsalatda baş vermiş ölüm hadisəsinə görə iri ödəniş həyata keçirib

«PAŞA Həyat» sığorta şirkəti istehsalatda baş vermiş ölüm hadisəsinə görə iri ödəniş həyata keçirib
# 04 sentyabr 2013 10:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli ödənişini həyata keçirib.

Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat» tərəfindən sığortalı müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib və bu sığorta hadisəsinə görə, şirkət tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 32 033 manat birdəfəlik ödəniş edilib.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən başlayaraq «PAŞA Həyat»da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, bu ilin yanvar-avqust aylarında (sonuncu ödəniş daxil olmaqla) sözügedən sığorta növü üzrə 458,4 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,6 dəfə çoxdur.

«PAŞA Həyat Sığorta»nın bu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 17,986 mln. manat, ödənişləri isə 495 min manata yaxın olub. Bu ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,2 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR