Ombudsmanın nümayəndələri Polis İdarəsində saxlanma yerinə, dispanserə başçəkmələr keçiriblər

Ombudsmanın nümayəndələri Polis İdarəsində saxlanma yerinə, dispanserə başçəkmələr keçiriblər
# 04 iyun 2014 13:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1 və 3-cü polis bölmələrinə, habelə Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə qısamüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd həmin müəssisələrdə saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Standartlara cavab verən MSY-də saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı şikayət etməyiblər. Onların şəxsi işlərinə və qeydiyyat kitablarına baxış keçirilib, pozuntu halları aşkar edilməyib. 1-ci və 3-cü polis bölmələrinə başçəkmələr zamanı orada saxlanılan şəxs olmayıb.

Həmçinin Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin bütün obyektlərinə baxış keçirilib, şərait, tibbi xidmət, qidalanma, xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmayıb.

Müəssisələrə əvvəlki başçəkmələr zamanı verilən tövsiyələrin bir çoxunun icra olunduğu, o cümlədən Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində xəstələrə gətirilən və təqdim olunan sovqatların qeydiyyat kitablarının səliqəyə salındığı və bu işin tam həyata keçirildiyi, xəstələrin vahid uçotunun elektron qaydada aparılması üçün dispanserin beş ədəd kompyuterlə təmin olunduğu, stasionar və ambulator müalicəsi aparılan xəstələrin dərman preparatları, həmçinin tibbi ləvazimatlarla, gigiyenik vasitələrlə kifayət qədər təmin olunduğu, eyni zamanda Sumqayıt RPİ-nin MSY-də və adı çəkilən polis bölmələrində saxlanılma şəraitinin və sənədləşmə işinin daha da təkmilləşdirildiyi müəyyənləşdirilib.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR