Braziliya 2016-cı il Yay Olimpiya oyunlarına 2,3 mlrd dollar xərcləyəcək

Braziliya 2016-cı il Yay Olimpiya oyunlarına 2,3 mlrd dollar xərcləyəcək
# 29 yanvar 2014 02:24 (UTC +04:00)

Bakı-APA. Braziliya hakimiyyəti 2016-cı il Yay Olimpiya oyunlarına hazırlıq mərhələsində idman obyektlərinin tikilməsinə 2,3 mlrd dollar xərcləməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə Yahoo Sports “Röyters”ə istinadən xəbər verir. Hazırda büdcə planları artıq 24 obyekt üzrə təsdiqlənib. Xərclərin yekun planı 2014-cü ilin martında, daha 28 obyekt əlavə edildikdən sonra məlum olacaq.

Xatırladaq ki, 2016-cı il Yay Olimpiya oyunları Braziliyada avqustun 5-dən 21-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR