Azərbaycanda televiziyanın lisenziyasının müddətinin uzadılması təxirə salınıb

Azərbaycanda televiziyanın lisenziyasının müddətinin uzadılması təxirə salınıb
# 11 dekabr 2013 13:38 (UTC +04:00)

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda regional televiziya yayımçısı olan “Aygün” Müstəqil Televiziya və Radio Kompaniyasının (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə “Aygün” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR