Oqtay Əsədov: “Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”

Oqtay Əsədov: “Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”
# 06 iyun 2014 15:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, O. Əsədov “AzərTac”a müsahibəsində deyib ki, bu məlumatın başlığında səhvə yol verilib.

O. Əsədov bildirib ki, artıq həmin informasiya agentliyi bu məlumatın sərlövhəsinə dəyişiklik edib: “Üstəlik, ATƏT-in Parlament Assambleyasının sessiyasının gündəliyi hələ təsdiq edilməyib. Əlbəttə, Ukraynada baş verən hadisələr bizi çox narahat edir. Biz Rusiya tərəfinin narahatlığını da başa düşürük. Belə məsələlərdə Azərbaycan həmişə münaqişələrin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir. Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq”.

Rusiya ilə qarşılıqlı maraqlar baxımından mövqelərin yaxınlaşması məsələsinə gəldikdə isə, spiker qeyd edib ki, Azərbaycan və Rusiya parlamentarları beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq edirlər: “İki və ya daha artıq dövlətin nümayəndələrinin öz milli mənafelərinə uyğun olaraq vahid mövqedən çıxış etməsi beynəlxalq təcrübədə adi haldır. Bir daha təkrar edirəm, Azərbaycanın parlament diplomatiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu, beynəlxalq parlament strukturlarının tədbirlərində dəfələrlə qeyd edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR