Nazirliyin xidmət rəisi: “Ünvanlı sosial yardımların verilməsi ilə ciddi nəzarətdə saxlanacaq”

Nazirliyin xidmət rəisi: “Ünvanlı sosial yardımların verilməsi ilə ciddi nəzarətdə saxlanacaq”
# 06 noyabr 2013 10:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib.

Onun sözlərinə görə, nazirliyə yeni nazir təyin olunduqdan sonra ünvanlı sosial yardımların verilməsi günün aktual məsələsinə çevrilib.

C.Əliyev qeyd edib ki, ünvanlı sosial yardın adından da göründüyü kimi, əhalinin aztəminatlı təbəqəsinə ünvanlı olaraq çatdırılmasını nəzərdə tutur: “Amma çox təəssüflər olsun ki, bu məsələdə bu günə kimi istənilən müsbət nəticələr qeydə alınmayıb. Nazirlik tərəfindən ünvanlı sosial yardımdan başqa, aztəminatlı ailələrə sosial müavinətlər, prezident tərəfindən verilən müəyyən təqaüdlər, birdəfəlik müavinətlər verilir. Ancaq acınacaqlı hal ən çox ünvanlı sosial yardımların verilməsi ilə bağlıdır. Ona görə həm nazir, həm də xidmətin rəhbərliyi bu məsələni ciddi nəzarətdə saxlayacaq. İlkin araşdırmalar nəticəsində rəqəmlərin də təhlili göstərir ki, aztəminatlı ailələrə verilən sosial təminatda rayonlarla müqayisədə bəzi uyğunsuzluqlar mövcuddur. Əhalinin sayı çox olan rayonlarda aztəminatlı çox olmalıdır. Ancaq müvafiq rəqəmləri təhlil edəndə bu məsələdə bir çox uyğunsuzluqların şahidi olduq. Hazırda ÜSY-nin təyin edilməsi, onun lazımi şəxslərə çatdırılması sahəsində düzgünlüyün təyin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub. ÜSY-nin verilməsində mövcud olan problemlərin həlli məsələsində heç bir şəhər və rayon kənarda qalmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR