Aydın Məmmədovun 70 illiyinə həsr olunan xatirə tədbiri keçirilib - FOTO

Aydın Məmmədovun 70 illiyinə həsr olunan xatirə tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 16 yanvar 2014 13:28 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) türkoloq alim, ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyinə həsr olunan xatirə tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə A. Məmmədovun ailə üzvləri, AYB-nin sədri, xalq yazıçısı Anar, şair Ramiz Rövşən, millət vəkili Aqil Abbas və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid A. Məmmədov haqqında xatirələrini danışıb, onun siyasətçi və alim kimi fəaliyyətindən söz açıb: “Aydın Məmmədovun işıqlı obrazı bizim qəlbimizdə həmişə yaşayacaq. O, həm görkəmli alim idi, həm də tanınmış siyasətçi kimi böyük nüfuz qazanmışdı”.

AYB-nin sədri Anar A. Məmmədovun vaxtsız vəfatını Azərbaycan ictimai həyatı və elmi üçün böyük itki kimi dəyərləndirib: “Mən Aydının ölümünü Türkiyədə eşitdim. Bakıya gələndən sonra Emin Sabitoğlu ilə onun məzarını ziyarət etdik, ata-anası ilə görüşdük. Mənim üçün çox xoşdur ki, bu gün onun nəvələri, övladları bu tədbirdə iştirak edir. Aydın mənim həyatımda rast gəldiyim ən istedadlı və ağıllı adamlardan biri idi”.

Anım tədbirində Ramiz Rövşən Aydın Məmmədov haqqında xatirələrini bölüşüb, alimin ölümünə yazdığı “Tabut” şeirini səsləndirib.

Yazıçı Aqil Abbas, ədəbiyyatşünas Arif Əmrahoğlu, şair Çingiz Əlioğlu və başqaları A. Məmmədovu Azərbaycan elminin və siyasətinin böyük şəxsiyyətlərindən biri kimi dəyərləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR