Şəkidə iki maşın toqquşub, bir nəfər ölüb

Şəkidə iki maşın toqquşub, bir nəfər ölüb
# 05 yanvar 2014 18:19 (UTC +04:00)

Bakı-APA. Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şəkidə “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birində yanğın baş verib.

Maşınlardan birinin sürücüsü 1955-ci il təvəllüdlü Mustafayev Bəşarət Mustafa oğlu isə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, digər sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər digər avtomobili yanğından mühafizə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR