Bakıda ötən gecə baş verən qətllə bağlı bir nəfər həbs edilib

Bakıda ötən gecə baş verən qətllə bağlı bir nəfər həbs edilib
# 30 iyul 2013 08:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ötən gecə baş verən qətllə bağlı bir nəfər həbs edilib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qara Qarayev prospekti ev 53-ün qarşısında, Beyləqan rayon sakini 1977-ci il təvəllüdlü Qasımov Fazil Sadiq oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkar edilib.

Çevik Polis Alayı və 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni münaqişə zəminində törətmiş Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Məmmədov Elnur Cabir oğlu tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR