Azərbaycan prezidenti Slovakiyanın yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan prezidenti Slovakiyanın yeni seçilmiş prezidentini təbrik edib
# 04 aprel 2014 16:01 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş prezidenti Andrey Kiskaya məktub göndərib.


APA-nın xəbərinə görə, dövlət başçısı məktubunda A.Kiskanı Slovakiya prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.


Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münasibətlərinin, qarşılıqlı maraq doğuran əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR