Yanukoviç qırıcı təyyarələrin müşayiəti ilə Rostov-Dona gəlib

Yanukoviç qırıcı təyyarələrin müşayiəti ilə Rostov-Dona gəlib
# 28 fevral 2014 04:40 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “DonİnformBüro”nun yerli agentliyi məlumat yayıb. Mənbənin məlumatına görə, təyyarə yerli vaxtla saat 22.00-da hərbi aerodromda eniş edib.

Məlumatda qeyd olunur ki, Viktor Yanukoviç Rostovda yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulmuş hökumət iqamətgahında yox, özəl mülklərin birində yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl verilən məlumata görə, Viktor Yanukoviç fevralın 28-də saat 17.00-da Rostov-Donda mətbuat konfransı keçirəcək.

Məlumata, mətbuat konfransının keçiriləcəyi yer barədə məlumat əlavə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR