“Muğanbank” nizamnamə kapitalını artırıb

“Muğanbank” nizamnamə kapitalını artırıb
# 08 may 2013 09:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Muğanbank” ASC-nin ümumi məbləği 3 mln. manat təşkil edən, hər birinin nominal dəyəri 200 manat olan, AZ1001005466 qeydiyyat nömrəli, 15 min ədəd adi sənədsiz adlı səhmlərinin emissiyasının yerləşdirilməsi başa çatıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 38 305 800 manatdan 41 305 800 manata çatıb.

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın “World Business Capital” (WBC) investisiya fondu kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR