Sərdar Əlibəylinin apellyasiya şikayəti təmin edilməyib

Sərdar Əlibəylinin apellyasiya şikayəti təmin edilməyib
# 12 avqust 2013 13:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması barədə verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Xətai rayon Məhkəməsi S. Əlibəylinin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qeyd edək ki, S. Əlibəyli bir gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR