ABŞ prezidenti Novruz bayramı münasibətilə İran xalqını təbrik edib

ABŞ prezidenti Novruz bayramı münasibətilə İran xalqını təbrik edib
# 22 mart 2014 13:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ prezidenti İran xalqını Novruz Bayramı münasibətilə təbrik edib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Barak Obamanın mesajında bildirilir: “Sizlər və ailələriniz Novruz bayramını qeyd edərkən ən yaxşı arzularımı iranlılara diləyirəm. Novruz nemətlərə şükür etmək və növbəti ildəki ümidlərimiz haqqında düşünmək üçün yaxşı bir fürsətdir. İran nüvə proqramının şəffaflaşdırılmasında ciddi addımlar atacağı təqdirdə, dinc məqsədli nüvə enerjisindən yararlanacaq və ABŞ da öz müttəfiqləri ilə birlikdə İrana tətbiq olunmuş sanksiyaların aradan qaldırılması üçün problemləri yoluna qoyacaq”.

Bu arada Böyük Britaniyanın baş naziri İran xalqını Novruz bayramı münasibətilə təbrik edib. Devid Kameron öz təbrik mesajında qeyd edib ki, iki ölkə arasında əlaqələr inkişaf edir: “Lakin bunun üçün daha çox addımlar atılması lazımdır. Hazırda iki ölkənin rəsmiləri bu mövzuda işlərini davam etdirir”.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə bildirib ki, Novruz yenidən doğuşdur: “Bu psixologiya ilə İran xalqına demək istəyirəm ki, Böyük Britaniya yeni ildə İranla əlaqələri gücləndirmək niyyətindədir”.

Eyni zamanda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da Novruz bayramı münasibətilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə təbrik məktubu ünvanlayıb: “İkitərəfli əlaqələrin daha çox inkişaf etdirilməsinə ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR