Bakı. Real Cəfərli-APA. İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşəcək. APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, arasında görüş dekabrın 17-də Brüsseldə keçiriləcək.
Qeyd edək ki, A.Əraqçı hazırda Almaniyada səfərdədir.