Azərbaycan baş nazirinin birinci müavini MDB hökumət başçıları Şurasının iclasında iştirak edəcək

Azərbaycan baş nazirinin birinci müavini MDB hökumət başçıları Şurasının iclasında iştirak edəcək
# 29 may 2013 17:02 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov MDB hökumət başçıları Şurasının mayın 31-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək iclasında iştirak edəcək. APA-nın Belarus XİN-ə istinadən verdiyi məlumata görə, iclasda 31 məsələyə baxılacaq. Belə ki, hökumət başçıları MDB ölkələrinin 2020-ci ilə qədər innovasion əməkdaşlığı haqqında dövlətlərarası proqram, humanitar sahədə əməkdaşlıq, o cümlədən ali təhsil sənədlərinin qarşılıqlı tanınması, 2013-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair əsas tədbirlərin planı, MDB ölkələrinə gələn üçüncü ölkə vətəndaşlarının vahid qeydiyyat sisteminin yaradılması və digər məsələləri müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR