TQDK: Sınaq imtahanında ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub

TQDK: Sınaq imtahanında ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub
# 24 aprel 2014 13:35 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, imtahan qaydalarını pozduğu üçün 10 abituriyentin nəticələri ləğv edilib. TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46075 abituriyentin imtahan nəticələri yerləşdirilib. Ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 20-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 24-də saat 12:00-dən etibarən elan edib. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR