İranda 5 azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda 5 azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb
# 18 dekabr 2013 03:22 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda 5 azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, onlar dekabrın 12-də İranın Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində həbs ediliblər. Dekabrın 13-də Qoşaçay İnqilab Məhkəməsində onların məhkəmə prosesi keçirilib. Hakim azərbaycanlı fəalların hər birinə azadlığa çıxmaları üçün 10 milyon tümən girov təyin edib. Onlar məhkəmə prosesi bitdikdən sonra Qoşaçay şəhərinin həbsxanasına salınıblar. Azərbaycanlı fəallar dörd gün həbsdə qaldıqdan sonra dekabrın 16-da sərbəstliklərinə qovuşublar. Ancaq onlar mühakimə edildikdən sonra həbs cəzasına məhkum olunsalar, təkrar həbsxanaya salınacaqlar.

Qeyd edək ki, dekabrın 12-də Qoşaçay şəhərində 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Milli Hökumətin yaranmasının 68-ci ildönümü qeyd olunub. Belə ki, yerli vaxtla 14:00-16:00 arasında Qoşaçay şəhərinin Qıcılı kəndində Azərbaycan Demokrat Firqəsinin liderlərindən biri olan Xanəli Mutinin məzarı başında anma mərasimi keçirilib. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əmkdaşları tədbirə basqın edib və mərasim iştirakçılarına qarşı güc tətbiq edərək bir neçəsinin həbs edib. Onlardan 5 nəfərinin ad və soyadları müəyyənləşib. Bunlar Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Manafi Azər (hamısı Qoşaçay) və Muxtar (Artan) İbrahimidir (Marağa).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR