Riçard Morninqstar Azərbaycanın yeni enerji layihələrinə ABŞ və digər ölkələrin şirkətlərini cəlb edəcəyinə ümid edir

Riçard Morninqstar Azərbaycanın yeni enerji layihələrinə ABŞ və digər ölkələrin şirkətlərini cəlb edəcəyinə ümid edir
# 23 aprel 2014 07:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. ““Şahdəniz-2” layihəsinin investisiya müqaviləsinin imzalanması ilə iş bitmiş hesab olunmamalıdır. Əksinə, bundan sonra bizi daha böyük işlər gözləyir. Biz bu istiqamətdə Azərbaycanla işləməkdən çox şadıq. Bundan sonra Azərbaycan diqqətini Xəzərdə əlavə yataqların da axtarışlarına yönəltməlidir”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakında keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundakı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir bildirib ki, Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq olduqca mühüm məsələlərdən biridir: "Yeni layihələrdə də, yeni yataqların aşkar edilməsində də beynəlxalq tərəfdaşlıq vacib amillərdəndir. Məsələn, BTC layihənin uğurları məhz beynəlxalq tərəfdaşlıqdan irəli gəlib”.

Amerikalı diplomatın fikrincə, Azərbaycan enerji məsələlərində 3 meyarı əsas götürməlidir: “Birincisi, yeni layihələrdə seçilmiş şirkətlər hökumət tərəfindən dəstəklənməlidir. Həmçinin cəlb edilən şirkətlər də öz hökumətlərindən dəstək almalı və Azərbaycana beynəlxalq bazara çıxmaq üçün kömək etməlidir. İkincisi, yeni layihələrdə texniki məsələlər də yer alır ki, beynəlxalq şirkətlər müasir texnikadan istifadə etmək imkanına malik olmalıdır. Üçüncüsü, bu layihələr olduqca bahalıdır. Ona görə də bu məsələdə beynəlxalq tərəfdaşlıq olmalıdır”.

Səfir əlavə edib ki, Azərbaycanın yeni layihələrə ABŞ və digər ölkələrin şirkətlərini cəlb edəcəyinə ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR