Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini Bəşir Atalayla görüşüb - FOTO

Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini Bəşir Atalayla görüşüb - <span style="color: red;">FOTO
# 05 iyun 2014 07:05 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, K. Heydərov qeyd edib ki, iki qardaş ölkə - Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edir: “Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir. Ölkələrimizin müvafiq qurumları xalqlarımız və dövlətlərimizin mənafeyi naminə mühüm tədbirlər həyata keçirirlər. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaş, ölkələrimiz arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək”.

Öz növbəsində, Türkiyə baş nazirinin müavini yüksək səviyyədə keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib, Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə edib.

B. Atalay bildirib ki, Türkiyənin Van şəhərində baş vermiş zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olub. O, ümidvar olduğunu qeyd edib ki, iqtisadi və sosial sahələrdə inamla irəliləyən və qüdrətli dövlətə çevrilən Azərbaycanla Türkiyə birlikdə daha böyük nailiyyətlər əldə edəcək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi daha da genişlənəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR