Azərbaycanın ən yaxşı brokerinin adı açıqlanıb

Azərbaycanın ən yaxşı brokerinin adı açıqlanıb
# 27 may 2014 10:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “EMEA Finance” beynəlxalq maliyyə jurnalının 2013-cü il yekunlarına əsasən “PAŞA Kapital” “Azərbaycanda ən yaxşı broker” mükafatına layiq görülüb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mükafatın təntənəli təqdimat mərasimi “Europe Banking Awards 2013” çərçivəsində Varşavada (Polşa) keçirilib.

Şirkətin direktoru Ceyhun Hacıyev deyib ki, yaradıldığı andan bu günə kimi şirkət kapital bazarının bütün sahələrində vəsaitlərin səmərəli şəkildə idarə olunmasında yerli və xarici investorları maksimum səviyyədə dəstəklənməsini təmin edir.

Qeyd edək ki, 2013-cü ildə şirkət ümumi dəyəri 41,1 mln. manat olan 6 korporativ istiqraz buraxılışında yerləşdirmə agenti rolunda çıxış edib. 2013-cü ilin 7 ayı ərzində “PAŞA Kapital” bazarda mövcud olan 11 aktiv broker şirkətin reytinq cədvəlində lider mövqeyini qoruyub saxlaya bilib. 2013-cü ildə “PAŞA Kapital” əməliyyatlarının ümumi dövriyyəsi təxminən 2,15 mld. manat təşkil edib. Bu əməliyyatlardan təxminən 746 mln. manatı yerli korporativ və dövlət qiymətli kağızlarla əməliyyatlara və 1,4 mlrd. manatı REPO/əks-REPO əməliyyatlarının payına düşüb.

Xatırladırıq ki, “Europe Banking Awards”un bütün qalibləri, dünyanın aparıcı ekspertləri – maliyyə sənayesinin analitikləri və məsləhətçilərinin iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR