Kevin Radd yenidən Avstraliyanın baş naziri olub

Kevin Radd yenidən Avstraliyanın baş naziri olub
# 27 iyun 2013 04:09 (UTC +04:00)

Bakı-APA. Avstraliyanın iqtidardakı Leyborist partiyasının lideri Kevin Radd yenidən ölkə hökumətinə başçılıq edəcək. APA-nın məlumatına görə, Raddın namizədliyi general-qubernator Kventin Brays tərəfindən təsdiqlənib.

Bir gün öncə Leyborist partiyasında keçirilən seçkilərdə 57 parlamentari Raddın, 45 deputat isə son günlərədək baş nazir olmuş Culiya Gillardın namizədliyini dəstəkləyiblər.

Kevin Radd 2007-2010-cu illərdə Avstraliya hökumətinə başçılıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR