Dow Jones indeksi 0,03%, S&P 500 indeksi 0,2%, Nasdaq indeksi 0,5% enib

Dow Jones indeksi 0,03%, S&P 500 indeksi 0,2%, Nasdaq indeksi 0,5% enib
# 06 fevral 2014 06:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 15 440 bəndədək, S&P 500 0,2% - 1 752 bəndədək, Nasdaq 0,5% - 4 012 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əmək bazarı üzrə statistika təsir edib. Belə ki, yanvar ayında ölkənin özəl şirkətlərində iş yerlərinin sayı 175 min artıb ki, bu da proqnozdan az olub.

Avropa fond bazarlarında fevralın 5-də FTSE 100 indeksi 0,1% - 6 458 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 9 107 bəndədək, Fransa CAC-40-ı isə 0,02% - 4 117 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 256,40 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3521 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR