Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri İrana gedir

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri İrana gedir
# 18 iyun 2014 13:09 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyevin başçılıq etdiyi nümayəndə heyəti sabah İrana səfər edəcək.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.

İranın Qərbi Azərbaycan vilayətinə səfər çərçivəsində Naxçıvan nümayəndə heyəti bölgənin rəhbər şəxsləri ilə görüşlər keçirəcək. Səfər zamanı Qərbi Azərbaycan vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR