Azərbaycan Türkiyədə inşa etdiyi neft emalı zavoduna yerli bankdan iri kredit cəlb edir

Azərbaycan Türkiyədə inşa etdiyi neft emalı zavoduna yerli bankdan iri kredit cəlb edir
# 19 mart 2014 07:42 (UTC +04:00)

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəhəng layihənin tikintisində iştirak edəcəyini və maliyyə ayıracağını deyən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) layihədə iştirakdan gözlənilmədən imtina ediblər.

Buna baxmayaraq, layihənin tikintisinin 65%-ni banklardan təmin etməyi planlaşdıran ARDNŞ, Türkiyənin «Dənizbank»ı ilə razılaşma əldə edib. Belə ki, Azərbaycan şirkəti «Dənizbank»dan layihə üçün 500 mln. ABŞ dolları məbləğində kredit almağı planlaşdırır.

ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan «SOCAR-Türkiyə»nin rəhbəri Kənan Yavuz deyib ki, EBRD-nin və IFC-nin layihədən qəflətən çıxması ilə əlaqədar, şirkət yeni mənbələrdən kredit cəlb etməli olub: «Bu iki maliyyə qurumu kredit paketinə 500 mln. dollar əlavə etməli idilər. Ancaq onların yerini başqa bir maliyyə qurumuna verməli olduq. Hədəfimiz martın 31-dək bu anlaşmanı tamamlamaqdır. Müqavilənin imzalanması aprel ayına qədər uzana bilər».

K.Yavuz deyib ki, zavodun tikintisində maliyyə cəlb edilməsi baxımından heç bir sıxıntı olmayacaq: «Çünki yatırımların çox önəmli bir hissəsini öz vəsaitimiz hesabına aparırıq».

Xatırladaq ki, «Star» neft emalı zavodunun tikintisinə tələb olunan 5,5 mlrd. dolların 2 mlrd. dolları daxili imkanlar, 3,5 mlrd. dolları ixrac bankları, beynəlxalq və yerli banklar hesabına cəlb olunacaq.

Qeyd edək ki, Türkiyənin «Dənizbank»ı Rusiyanın «Sberbank» qrupuna aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR