Azərbaycanda 1 058 nəfər ahıl, əlil və əqli qüsurlu şəxs tam dövlət himayəsində yaşayır

Azərbaycanda 1 058 nəfər ahıl, əlil və əqli qüsurlu şəxs tam dövlət himayəsində yaşayır
# 19 iyul 2013 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sosial xidmət müəssisələrində 1 058 nəfər ahıl, əlil və əqli qüsurlu şəxs tam dövlət himayəsində yaşayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, respublika üzrə 13 604 nəfər tənha ahıl və əlilə rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən evlərində sosial məişət xidməti göstərilir. Onlardan 11 647 nəfəri yaşı 70-dən yuxarı, 1 957 nəfəri isə 70-dən aşağı olan şəxslərdir. Xidmət göstərilənlərdən 8 528 nəfəri şəhərdə, rayon mərkəzi və qəsəbələrdə, 5 076 nəfəri isə kənd yerlərində yaşayanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR