Gəncədə piyada naməlum avtomobil tərəfindən vurulub

Gəncədə piyada naməlum avtomobil tərəfindən vurulub
# 25 sentyabr 2013 11:58 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yolu keçmək istəyən piyada naməlum avtomobil tərəfindən vurulub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1945-ci il təvəllüdlü Fazil Kazımov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun səhhətinin normal olduğunu bildirirlər.

Polis əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, F. Kazımov şəhərin Təbriz ilə Çarıxçılar küçələrinin kəsişməsində yolu keçmək istəyərkən naməlum avtomobil onu vurub. Hadisə gecə saat 21.00 radələrində baş verdiyi üçün avtomobilin nömrə nişanı və markası görünməyib.

Hadisə yerindən qaçan sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR