Zaqatalada zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən daha iki məktəb binası yenidən tikilərək istifadəyə verilib - VİDEO

Zaqatalada zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən daha  iki məktəb binası yenidən tikilərək istifadəyə verilib - <span style="color: red;">VİDEO
# 19 may 2014 08:46 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 2012-ci ilin may ayında baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş rayonun ucqar dağ kəndlərindən olan Cimcimax və Qaraqay kəndlərində Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə yenidən inşa olunmuş məktəblərin açılışı olub.

Açılış mərasimində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayon təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, kənd camaatı iştirak edib. Hər iki açılışda çıxış edən M. Əhmədzadə yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə müəllim-şagird kollektivini və kənd sakinlərini təbrik edib. Rayon mərkəzindən 30 kilometr məsafədə yeni inşa edilən Cimcimax kənd orta məktəbi 70 şagird yerlik, birmərtəbəli olmaqla 9 sinif otağı, kompüter otağı və akt zalından ibarətdir.

Məktəbdə təhsil alan 45 şagirdə 15 müəllim dərs deyir. Rayonun Qarqay kəndində yeni inşa edilən məktəb binası isə 50 şagird yerlik olmaqla 7 sinif və 1 mütaliə otağından ibarətdir. Hər iki məktəb binası müasir avadanlıqlarla təchiz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR