Ukrayna və Avropa Birliyi danışıqları Rusiyasız aparmaq barədə razılığa gəliblər

Ukrayna və Avropa Birliyi danışıqları Rusiyasız aparmaq barədə razılığa gəliblər
# 13 dekabr 2013 02:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS” xəbər agentliyi xəbər verir.

“Ukrayna xalqını əmin edə bilərəm ki, danışıqlar davam etdiriləcək. Biz Ukraynanın avrointeqrasiyaya yönəlmiş kursunu dəyişmirik. Avropa, öz növbəsində, Ukraynanı əmin edib ki, avrointeqrasiya prosesi Ukrayna üçün əlverişli olacaq”, deyə Ukraynanın baş nazirinin birinci müavini Sergey Arbuzov qeyd edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Ştefan Füle ötən gün Sergey Arbuzovla görüşündən sonra assosiasiya haqqında sazişin tətbiqi üçün yol xəritəsinin hazırlanması və Kiyevi Beynəlxalq Valyuta Fondu ilə danışıqlarda dəstək göstərilməsinə dair razılığın əldə olunduğunu bəyan edib.

“Ukrayna tezliklə Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalayacaq”, deyə Ukraynanın baş nazirinin birinci müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR