Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 02 oktyabr 2013 06:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,29 dollar və ya 0,3% azalaraq 1 barelə görə 102,04 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 1-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,43 dollar və ya 0,4% azalaraq 107,94 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR