“Qalatasaray” sabah Bakıya gələcək

“Qalatasaray” sabah Bakıya gələcək
# 09 dekabr 2013 09:59 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Türkiyə Superliqasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Azəryol”un rəqibi olan “Qalatasaray” “Əczaçıbaşı” klubunun qonağı olub.


“Sarı-qırmızılar” əzmkar qələbə qazanıblar. Onlar ilk 2 seti uduzsalar da, ardınca 2 xal qazana biliblər – 2:3 (25:22, 25:18, 23:25, 17:25, 8:15). Bu qələbə “Qalatasaray”ın 4-cü yeri qoruması ilə nəticələnib (21 xal).

Qeyd edək ki, ilk matçda “Azəryol”a 3:1 hesabı ilə qalib gələn “Qalatasaray” sabah Bakıda növbəti oyununa çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR