“Atəşgah” sığorta şirkəti “Karvan” ticarət mərkəzində baş verən yanğına görə 74 min manat ödəniş edib

“Atəşgah” sığorta şirkəti “Karvan” ticarət mərkəzində baş verən yanğına görə 74 min manat ödəniş edib
# 15 may 2014 09:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Atəşgah” sığorta şirkəti hüquqi şəxslərin əmlak sığortası üzrə iri ödəniş həyata keçirib.

Belə ki, şirkət Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzində baş verən yanğın zamanı yanan qiymətli saat və aksessuarlar satışı ilə məşğul olan mağazaya 74 min manat məbləğində ödəniş edilib.

Əmlak sığortası “Atəşgah” əsas istiqamətlərindən biridir və yanğın və ya tüstü nəticəsində zədələnmə, ildırım vurması, məişət qazının partlaması, sığortalanmış əmlakın üstünə uçan alətlərin və yaxud onların qırıqlarının düşməsi, təbii fəlakətlər, sığortalanmış əmlakın su kəməri xətti, kanalizasiya, isitmə və yanğına qarşı sistemdən axan su nəticəsində zədələnməsi və digər riskləri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR