İran səfiri: “Çövkənin Azərbaycanda inkişaf edəcəyinə ümidvarıq”

İran səfiri: “Çövkənin Azərbaycanda inkişaf edəcəyinə ümidvarıq”
# 09 dekabr 2013 14:18 (UTC +04:00)

Səfir APA-ya bildirib ki, bu ənənəvi oyunun UNESCO tərəfindən qorunacağına ümidvardır. O, oyunun Azərbaycanda inkişaf edəcəyinə də ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, “Qarabağ atları üzərində çövkən” oyunu ötən həftə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.

Bundan əvvəl isə İran Azərbaycandan UNESCO-ya şikayət etmək niyyətində olub. İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədr müavini Mehdi Höccət bildirib ki, İranın Azərbaycanın çövkən idman növünü öz adına qeydiyyata aldırmaq istəyinə etiraz olaraq UNESCO-ya məktub ünvanlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR