Azərbaycan gömrükçüləri İran vətəndaşları tərəfindən ölkəyə narkotik gətirilməsini aşkar ediblər

Azərbaycan gömrükçüləri İran vətəndaşları tərəfindən ölkəyə narkotik gətirilməsini aşkar ediblər
# 09 sentyabr 2013 11:11 (UTC +04:00)

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində Azərbaycana gələn İran vətəndaşı Zarifi Edris Hosseinin idarə etdiyi, digər İran vətəndaşı Nasiri Mohammad Feizollahın sərnişini olduğu “Samand LX” markalı, 69 B 898-10 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilmiş 15 ədəd plastik qablarda külli miqdarda, 10 kiloqram 080 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülüb. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə DGK İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, İran vətəndaşı Zarifi Edris Hossein satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri Azərbaycanın gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə İranın Saghez şəhərində tanışı Nasiri Mohammad Feizollah və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Bu məqsədlə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 15 ədəd plastik qablara yerləşdirib “Samand LX” markalı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində gizlədib. O, külli miqdarda, 10 kiloqram 080 qram metamfetamin psixotrop maddəsini Saghez şəhərində Mohammad Nasiri ilə birlikdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən əldə edib, saxlayıb, 8 milyon İran tüməni borcunun müqabilində Bakı şəhərinə gətirib cinayətkar qrupun başqa bir üzvünə təhvil vermək üçün daşıyıb. Mohammad Nasiri ilə birlikdə Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

Zarifi Edris Hossein və Nasiri Mohammad Feizollah şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə cinayətkar qrupun digər üzvlərinin ifşa olunması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR