Robert Levandovski Münhenin “Bayern” klubu ilə müqavilə bağlayıb

Robert Levandovski Münhenin “Bayern” klubu ilə müqavilə bağlayıb
# 05 yanvar 2014 10:17 (UTC +04:00)

Bakı – APA. Dortmund “Borussiyası”nın hücumçusu Robert Levandovski Münhenin “Bayern” klubu ilə 5 illik müqavilə imzalayıb.

APA-nın məlumatına görə, bu barədə “Bayern”in rəsmi saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, futbolçu yeni komandasına “Borussiya” ilə 30 iyun 2014-cü ilə qədər olan müqaviləsinin müddəti başa çatandan sonra qatılacaq.

Beləliklə, “Bayern” bu keçidə görə “Borussiya”ya transfer haqqı ödəməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR