Sabah Abşeron rayonunda su problemi olacaq

Sabah Abşeron rayonunda su problemi olacaq
# 24 oktyabr 2013 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Abşeron rayonunun bir hissəsinə içməli su verilməyəcək.

«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Abşeron rayonu Novxanı qəsəbəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar oktyabrın 25-də gün ərzində Saray, Novxanı, Mehdiabad, Goradil və Fatmayı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR